Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:17

Avropa Birliyi Anar Məmmədlinin layihələrini dəstəkləyir


Malena Mard
Malena Mard
-
«Biz Anar Məmmədlinin proyektlərini hər zaman dəstəkləmişik».

Bunu AzadlıqRadiosuna Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib:

«Avropa Birliyi Anar Məmmədli həbs edilən andan bu prosesi izləyib, monitorinq edib. Biz Anar Məmmədlinin proyektlərini hər zaman dəstəkləmişik. O, həbs olunanda, Avropa Birliyi bu məsələ ilə bağlı fikrini bəyan etmişdi».

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 2013-cü ilin dekabrında həbs olunub. O, qanunsuz sahibkarlıqda, vergidən yayınmada, vəzifə səlahiyyətlərini aşmada və seçkinin nəticələrinə təsir məqsədilə vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib.

Müdafiə tərəfi Anar Məmmədlinin həbsini onun 2013-cü il prezident seçkisinin monitorinqini aparması ilə əlaqələndirir.

Mayın 26-da Anar Məmmədli 5 il 6 ay həbs cəzası alıb.

«Amnesty International» beynəlxalq hüquq-müdafiə təşkilatı onu «vicdan məhbusu» sayır.
XS
SM
MD
LG