Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:40

"Depo"ya sığınan köçkünün tələbi


Arxiv fotosu
Arxiv fotosu
“Nəmişlikdən divarları kif bağlayan otaqda yaşamağa məcburuq. Rütubət sağlamlığımızı əlimizdən alıb”.

SİÇOVULLARLA BAŞ-BAŞA...

Məcburi köçkün Zərifə Mikayılova neçə ildir ki, Nərimanov rayonu, Keşlə qəsəbəsində yerləşən metropolitenin deposunda məskunlaşıb. AzadlıqRadiosunun “Qaynar xətt”inə danışır ki, darısqal otaqda 18 və 16 yaşlı övladları ilə birlikdə yaşayır:

“Səhhəti işləməyə imkan vermədiyindən bir işin qulpundan yapışa bilmirəm. Qohumların, qonşularının ümidinə yaşayırıq. Qızım kollecı girdi, imkansızlıqdan təhsili də yarımçıq qaldı. Döşəmə qopub tökülüb, siçovullarla baş-başa qalmışıq”.

Zərifə Mikayılova deyir, mənzil üçün Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə də müraciət edib. Ancaq nəticəsi olmayıb. Ünvanlı sosial yardım almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciət də cavabsız qalıb.

Zərifə Mikayılova:

“Nazirlikdə dərman reseptlərini çıxarıb dedim alın bu dərmanları, verin mənə. Hər ay həkim nəzarətində oluram, çoxlu dərmanlar qəbul etməliyəm. Mənə ünvanlı sosial yardım verməyənləri dəvət edirəm, gəlib soyuducumuzu açıb bir baxsınlar. Öz soyuducularının içərisi ilə müqayisə etsinlər”.

"MÜTLƏQ İŞLƏMƏLİDİR"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət sosial təminat xidmətinin sosial yardımların təşkili sektorunun müdiri Salam Rzayev deyir, Zərifə Mikayılova ünvanlı sosial yardım almaq üçün müraciət edirsə, ya mütləq iş yeri olmalıdır, ya da məşğulluq mərkəzində qeydiyyata düşməlidir:

“İşlədiyi yerdən arayış gətirməlidir. Əgər işləmirsə, o zaman məşğulluq idarəsinə işlə təmin olunması üçün müraciət etməlidir. İşlə təmin olunduqdan sonra aldığı məvacib barəsində məlumatı nazirliyə təqdim edəcək. Onun aldığı məvacibə əsasən şikayətçiyə ünvanlı sosial yardım təyin ediləcək”.

Nazirlik işçisi deyir, əgər şikayətçi əmək qabiliyyətli deyilsə, o zaman tibbi sosial ekspert komissiyasina müraciət etməlidir. Əmək qabiliyyətinin olmaması təsdiqləndikdən sonra ona ünvanlı sosial yardım verilə bilər.
XS
SM
MD
LG