Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:07

Azərbaycan XİN-dən Böyük Britaniyaya xəbərdarlıq


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi
-
Rəsmi Bakı Böyük Britaniya Xarici İşlər Nazirliyinin Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədovun mühakiməsini pisləyən bəyanatını müstəqil məhkəməyə təzyiq kimi qiymətləndirir. Bunu tam şəkildə qəbuledilməz sayır.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mayın 31-də bununla əlaqədar bəyanat verib.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi mayın 28-də yaydığı bəyanatında Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyətinə hörmət etməyə çağırıb. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin əməkdaşlarının həbsindən təəssüfləndiyi bildirilib.

Azərbaycan XİN-i isə bildirir ki, bu şəxslərin vergidən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti kimi cinayət əməlləri məhkəmə qaydasında sübuta yetirilib:

«Məhkəmənin qərarının bu şəxslərin siyasi fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, Azərbaycanda heç kim siyasi baxışlarına və fəaliyyətinə görə təqib və mühakimə olunmur».

Rəsmi Bakı Böyük Britaniyanın Xarici İşlər Nazirliyini Azərbaycanın daxili işlərinə yersiz müdaxilələrdən çəkinməyə və öz ölkəsinin insan hüquqları məsələlərinə diqqət yetirməyə dəvət edir.

Mayın 26-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 5 il 6 ay, qurumun icraçı direktoru Bəşir Süleymanlı 3 il 6 ay azadlıqdan məhrum olunublar. «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» İctimai Birliyinin rəhbəri Elnur Məmmədov isə 3 il 6 ay şərti həbs cəzası alıb. Onlar külli miqdarda mənimsəmədə, qanunsuz sahibkarlıqda, vergidən yayınmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə və vəzifə saxtakarlığında təqsirli biliniblər.
XS
SM
MD
LG