Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:26

Bakıda gənclər arasında kütləvi dava olub


-
Kafedə yeyib-içmə 3 nəfərin xəstəxanaya düşməsi ilə nəticələnib.

Xətai rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, hadisə Məhəmməd Hadi küçəsi-21 ünvanında yerləşən «Yaşıl Ada» kafesində qeydə alınıb.

Kafedə yeyib-içən bir qrup gənc arasında düşən davada 3 nəfər - 22 yaşlı Mərhəmət Quliyev, 18 yaşlı Elnur Məmmədov və 19 yaşlı Binnət Əhmədov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Dava iştirakçılarından bir nəfər - 19 yaşlı Tərlan Məmmədov saxlanılıb.

Cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
XS
SM
MD
LG