Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:06

"Çalıquşu" Bakıda!


-

Bakı Kitab Klubu məşhur türk yazarı Rəşad Nuri Güntəkinin "Çalıquşu" romanını latın əlifbasında çap edib.

«Çalıquşu»dan başqa «Bir qadın düsməni», «Yaşıl gecə», «Acımaq», «Yarpaq tökümü», «Göy üzü», «Əski хəstəlik», «Atəş gecəsi», «Dəyirman», «Miskinlər təkkəsi», «Хarabaların çiçəyi», «Qovaq yelləri» kimi əsərlərin müəllifi olan Rəşad Nuri Güntəkin 1889-cu ildə İstanbul şəhərində anadan olub.

Əsərləri dünyanın bir çox xalqlarının dillərinə çevrilərək geniş oxucu auditoriyası qazanıb.

Yazıçının əsərlərinin ssenarisi əsasında çəkilmiş filmlər isə həm Türkiyədə, həmçinin göstərildiyi bütün ölkələrdə tamaşaçıların rəğbətini qazanıb, ən böyük reytinqli filmlərə çevrilib.

İlk dəfə 1922-ci ildə nəşr olunan «Çalıquşu» romanında müəllif əsərin qəhrəmanı Fəridənin – Çalıquşunun simasında çətin və məşəqqətli həyat tərzinə baxmayaraq, öz məhəbbətinə sədaqətini qoruyub saxlayan əsil türk qadınının obrazını ustalıqla qələmə alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG