Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:12

«Mətanət Əzizova Leyla Yunusun təhriki ilə ölkəni tərk edib»


Mətanət Əzizova
Mətanət Əzizova
-
Baş Prokurorluğun mətbuat xidməti hazırda xaricdə olan Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova ilə bağlı məlumat yayıb.

Xidmətdən apa-ya bildirilib ki, onun respublikaya qayıdacağı təqdirdə həbs ediləcəyi ilə bağlı yayılan informasiyalar həqiqətəuyğun deyil:

«Mətanət Əzizova Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində jurnalist Rauf Mirqədirov barəsində başlanmış cinayət işi üzrə şahid qismində dindirilib və sərbəst buraxılıb. Lakin bundan sonra o, Leyla Yunusun təhriki ilə respublikanı tərk edib. Burada Leyla Yunusun əsas məqsədi istintaqın normal gedişatına mane olmaq və istintaqı tamamilə başqa istiqamətə yönəltməkdir».
Mətanət Əzizova AzadlıqRadiosuna müsahibəsində bildirib ki, həbs təhlükəsi ilə üzləşdiyi üçün ölkədən gedib.

Bu il aprelin 29-da «Ayna»-«Zerkalo» qəzetlərinin əməkdaşı Rauf Mirqədirov dövlətə xəyanət ittihamı ilə həbs olunub.
XS
SM
MD
LG