Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:20

Boston marafonundakı partlayışla bağlı Qlrğızıstandan olan Matanov həbs olunub


Tamerlan (sağda) və Dzokhar Tsarnaev Boston marafonu vaxtı

Tamerlan (sağda) və Dzokhar Tsarnaev Boston marafonu vaxtı

ABŞ prokurorluğu Boston marafonunda bomba partlayışının istintaqını pozduğuna görə Qırğızstandan olan Khairullozhon Matanova cinayət işi açıb.

23 yaşlı taksi sürücüsü olan Matanov ABŞ-ın Massaçusets ştatının Quincy şəhərində yaşayır. Onu mayın 30-da həbs ediblər.

Müstəntiqlər Matanovun bomba partlayışını törədən Dzhokhar Tsarnaev və Tamerlan Tsarnaevlə dost olduğunu bildirirlər.

Matanov Tsranaev qardaşları ilə bomba partlayışından bir neçə gün sonra danışıb, ancaq polisə onlarla əlaqələri haqda yalan məlumat verib.

Matanov Tsarnaev qardaşları ilə danışdığı mobil telefondan da yaxa qurtarmağa çalışıb.
Matanov federal istintaqla bağlı sənədləri, yazıları, dəlilləri məhv etməkdə günahlandırılır.
Matanov 2013-cü il aprelin15-də Boston marafonunda 264 adamın ölümünə gətirən bomba partlayışını tırətməkdə və ya bunda hər hansı rol oynamaqda ittiham olunmur.

Günün bütün mövzuları

XS
SM
MD
LG