Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:17
-
«Leyla və Arif Yunusovlar aprelin 25 və 28-də, həmçinin mayın 29-da üzrlü səbəblər olmadan istintaqa gəlməkdən qəsdən boyun qaçırıblar».

Baş Prokurorluğun mayın 30-da yaydığı açıqlamada deyilir ki, sözügedən tarixlərdə Yunusovlara rəsmi çağırış göndərilsə də, onlar istintaqa gəlməkdən imtina ediblər:

«Leyla Yunusovanın istintaq qarşısında hər hansı şərt qoyması qəbuledilməzdir».

Baş Prokurorluq Yunusovların konkret cinayət işi üzrə şahid qismində ifadə vermələri, eləcə də A.Yunusovun səhhəti ilə bağlı məhkəmə-tibbi ekspertizadan keçirilməsi üçün istintaqa dəvət edildiyini bildirir.

Baş Prokurorluq bunu da diqqətə yetirir ki, Leyla Yunus istintaqa gəlməsə, onun məcburi gətirilməsi üçün məhkəməyə müraciət ediləcək.

Aprelin 28-i gecə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, politoloq Arif Yunus Bakı aeroportundan Qətərin paytaxtı Doha şəhərinə yola düşərkən saxlanıblar. Onların ölkədən çıxmasına icazə verilməyib. Həmin gün Leyla Yunus Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində jurnalist Rauf Mirqədirovun (dövlətə xəyanətdə, Ermənistana casusluqda ittiham olunur) cinayət işi ilə bağlı dindirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG