Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:54

Kəmaləddin Heydərovun Lerikdə keçirdiyi qəbula yalnız rəsmi KİV-lər buraxılıb


Nazirin qəbulunda - 30 may 2014
Nazirin qəbulunda - 30 may 2014
-
Mayın 30-da fövqəladə hallar naziri Kəmaləddin Heydərov Lerikdə vətəndaşları qəbul edib.

Qəbula ətraf 7 rayonun sakinləri gəliblər.

Nazirin qəbulu ilə əlaqədar Lerik şəhərin əsas küçələrində polis postları fəaliyyət göstərib.

Şikayətə gələnləri şəhər məktəbində qeydə alınıblar. Şikayətçilərdən bir neçəsi jurnalistlərə yaxınlaşıb onları qeydə almaq istəmədiklərini bildiriblər. Səbəb isə onların qabaqcadan qeydiyyatdan keçməmələri göstərilib.

Şikayətçilərin səslərini lentə alarkən iki nəfər mülkigeyimli şəxs çəkilişimizə mane oldu. Sonra isə bizi hadisə yerindən uzaqlaşdırdılar. Sonradan öyrəndik ki, qəbulu izləmək üçün yalnız «AzərTAc» və AzTV-nin müxbirlərinə icazə verilib.

Nazirin qəbulunu kənar bir yerdən müşahidə etmək məcburiyyətində qaldıq. Görüşdə iştirak edənlərlə etdiyimiz söhbətlərdən belə məlum oldu ki, şikayətçilərin əksəriyyətini nazir müavinləri qəbul ediblər.
XS
SM
MD
LG