Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:37

Moskva polisi Ukraynanın keçmiş "Berkut" üzvlərini işə alır


Ukrayna daxili işlər nazirliyinin xüsusi təyinatlı “Berkut” dəstəsinin 10 keçmiş əməkdaşını Moskva polisinin xüsusi təyinatlı mərkəzinə qəbul ediblər.

Keçmiş “Berkut”çulara vəsiqəni Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev özü təqdim edib. Nazir deyib ki, hazırda daha 92 keçmiş “Berkut” əməkdaşının Rusiya vətəndaşlığı almaq üçün sənədləri hazırlanır.

Ukraynanın “Berkut” polis dəstəsi bu ilin fevralında, prezident Victor Yanukovych hakimiyyətdən devriləndən sonra buraxılmışdı. Yeni Ukrayna rəhbərliyi bu dəstəni Avromaydan fəallarına atəş açmaqda ittiham edir, onların bəzilərinə qarşı isə cinayət işi açılıb.
Kiyevdə Polis kalaşnikov avtomatlarından və pulemyotlardan istifadə edir
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00
XS
SM
MD
LG