Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:17

Dövlət təhlükəsizliyinə «ciddi zərər» vuran vətəndaşlıqdan çıxarılacaq


Azərbaycan pasportu

Azərbaycan pasportu

-
Milli Məclisin 30 may iclasında «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» qanuna dəyişikliklər müzakirə edilib.

Dəyişiklik layihəsi barədə deputat Əli Hüseynli məlumat verib.

Təklif olunan dəyişikliklərə əsasən, digər dövlətin vətəndaşlığını qəbul edən, xarici ölkənin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində xidmət edən, dövlət təhlükəsizliyinə ciddi zərər vuran davranışa yol verən şəxslər Azərbaycan vətəndaşlığından məhrum oluna bilər. Yeni dəyişikliyə görə, Azərbaycanda doğulan və hər iki valideyni əcnəbi olan uşaqlar Azərbaycan vətəndaşı sayılmayacaq.

Əli Hüseynli bildirib ki, getdiyi xarici ölkənin vətəndaşlığını qəbul edən Azərbaycan vətəndaşı bir ayın içində Azərbaycanın uyğun qurumlarına bu barədə məlumat verməlidir. Əks halda həmin şəxs cinayət məsuliyyətinə cəlb olunacaq: Əli Hüseynli

Əli Hüseynli


«Təklif olunan dəyişikliklər qanunvericilikdəki boşluqların doldurulmasına xidmət edir. Qanunun 6-cı maddəsində doğum haqqında şəhadətnamə vətəndaşlığı təsdiqləyən sənədlər siyahısından çıxarılır. Çünki artıq Azərbaycan respublikasında doğulan bütün şəxslər Azərbaycan vətəndaşı sayılmır... Hesab edirəm ki, Azərbaycandan kənarda olan vətəndaşlarımız bu qanuna dəyişikliklərə əməl edəcəklər. Bu dəyişikliklər konstitusiyaya tam uyğundur».

Deputat Fazil Mustafanın fikrincə, bəzi müddəalar aydın açıqlanmalıdır:

«Doğum şəhadətnaməsinin vətəndaşlığa gərəkli sənədlər siyahısından çıxarılması mərhələli şəkildə aparılmalıdır. Bunun birmənalı olaraq ləğv edilməsi problemlər yaradacaq».

«BU, SOVET DÖVRÜNDƏN QALMA, KQB YANAŞMASIDIR» Sabir Rüstəmxanlı

Sabir Rüstəmxanlı



Sabir Rüstəmxanlı dəyişikliklərin bir neçə milyon azərbaycanlıya təsir edəcəyini bildirərək buna ciddi yanaşılmasını istəyib:

«Dəyişikliklərin içərisində vətəndaşlarımıza mane olan bir sıra maddələr var. Hesab edirəm ki, bu dəyişikliklərlə vətəndaşın üstünə çox yük qoyulur. 13-cü maddədə Azərbaycanda doğulmuş və valideynlərinin hər ikisi əcnəbi olan uşaqların Azərbaycan vətəndaşı sayılmaması da doğru yanaşma deyil. Bundan başqa, xarici ölkədə dövlət, bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrdə və ya digər silahlı birləşmələrdə könüllü xidmət edən şəxslərin Azərbaycan vətəndaşlığından çıxarılması da səhv yanaşmadır. Bu xaricdə yaşayan Azərbaycan vətəndaşlarına problem yaradacaq. Bundan başqa, dəyişiklikdə qeyd olunur ki, Azərbaycan Respublikası vətəndaşı dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışına görə Azərbaycan vətəndaşlığından çıxarılır. Bu, sovet dövründən qalma, KQB yanaşmasıdır. Elə bil, bütün vətəndaşlarımızı ölkədən çıxarır və deyirik ki, çıxın gedin».

«BİR NƏFƏR HƏM BURDA, HƏM DƏ BAŞQA ÖLKƏDƏ OTURA BİLMƏZ» Oqtay Əsədov

Oqtay Əsədov



Spiker Oqtay Əsədov Sabir Rüstəmxanlının fikirləri ilə razılaşmayıb:

«Bu dəyişikliklər beynəlxalq konvensiyalara zidd deyil. Biz heç kimi ölkə vətəndaşlığından çıxarmırıq. Başqa ölkənin dövlət işlərində, silahlı qüvvələrində çalışan adam o ölkədə öhdəliklər götürsə, necə Azərbaycan vətəndaşı ola bilər?»

YAP-çı deputat Mübariz Qurbanlı bəzi deputatların səhv yanaşmasına təəccübləndiyini bildirib:

«Bir nəfər həm burda, həm də başqa ölkədə otura bilməz... Biz heç kimi vətəndaşlıqdan çıxarmırıq. Azərbaycanda ikili vətəndaşlıq yoxdur. Biz bu qanuna dəyişikliklərlə özümüzü qoruyuruq. Kimlərsə bizdən gedib başqa ölkənin vətəndaşlığını qəbul edəcək, sonra da bizə problem yaradacaq? Biz öz vətəndaşlığımızın əhəmiyyətini qaldırırıq. Bu dəyişikliyin diasporun fəaliyyətinə mənfi təsir edəcəyi ilə bağlı deyilən fikirlər də səhvdir».

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG