Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:37
-
Avropa Birliyinin içində Rusiya casusları. ATƏT ölkələrində ailələr bəzən yeməyə pul tapmırlar. Qazaxıstanlı iş adamı Tevfik Arif Aston Villa klubunu almağa ən real namizədlərdən biridir.
Dünya mediası bu gün nədən yazır?


KQB AVROPA BİRLİYİNDƏ


“Brüsseldə Rusiya casusları”. Foreign Affairs məcmuəsi yazır ki, həftə sonu Avropanın başı parlament seçkilərinə qarışanda Macarıstan Avropa parlamentindən xahiş etdi ki, Bela Kovacsın deputat toxunulmazlığını götürsün. O, Macarıstanın ifrat-sağ Jobbik partiyasının məşhur üzvüdür və Avropa parlamentində əyləşir.

Macarıstan bildirir ki, diplomatik toxunulmazlıq götürüləndən sonra Kovacsa qarşı Avropa Birliyinin içində Rusiyaya casusluq etmək ittihamı irəli sürəcək. Kovacs həm də Rusiya pulları ilə Jobbik partiyasını maliyyələşdirməkdə ittiham olunur. Bu partiya 2009-cu ildə Macarıstanın siyasi səhnəsində böyük tufan qopartdı.

Foreign Affairs yazır ki, Rusiya Avropa Birliyinin sağ və sol partiyalarına maliyyə dəstəyi verir. Rusiya bununla Avropa Birliyinə həm nüfuz edir, həm də birliyi laxladır.
Jobbik partiyası hazırda Macarıstanın ikinci ən böyük partiyasıdır, Onun üzvləri nasist partiyasınınkına oxşar forma geyinirlər. Jobbik Rusiyapərəst mövqeyini isə heç vaxt gizlətməyib. Partiyanın proqramında deyilir ki, nüfuzlu Rusiya ilə əlaqələr partiya üçün mühümdür.

YEMƏYƏ PUL TAPMAYANLAR

Gallup təşkilatının yeni sorğusuna görə, ATƏT ölkələrinin ailələri ərzaq almağa çətinlik çəkir.

Sual belə olub :”son 1 ildə heç elə olubmu ki, ərzaq almağa pulunuz olmayıb?”
Uşağı olmayan ailələrin 15 faizi 2013-cü ildə bu suala “hə” cavabını verib.
2012-ci ildə belə cavab verənlər 14, 2011-ci ildə 11, 2007-ci ildə 10 faiz idi.

Uşaqlı ailələr arasında isə 2013-cü ildə eyni suala rəyi soruşulanların 21 faizi “hə” deyib. Ondan qabaqki 2 ildə bu, 22 faiz idi. 2007-ci ildə ərzağa pulu çatmayanlar 15 faiz olub.

“Son 1 ildə heç elə olubmu ki, ərzaq almağa pulunuz olmayıb?” – sualına uşaqlı ailələr arasında ölkələr üzrə “hə” cavabını verənlər:

Türkiyə - 50 faiz
Macarıstan – 47 faiz
Meksika -33 faiz
ABŞ – 23 faiz
Polşa – 21 faiz
Estoniya – 21 faiz

Sorğuya görə, ərzağa pul çatdırmağın insanlar üçün ən çox çətinləşdiyi ölkələr Türkiyə və Macarıstandır.

ARİF ASTON VİLLANI ALIR

İngiltərənin məşhur Aston Villa klubunu almağa ən real namizədlərdən biri Qazaxıstanlı iş adamı Tevfik Arifdir.

İndependent qəzeti bu ziddiyətli iş adamının kim olmağını oxucularına xatırladır.
Arif Nyu Yorkda qərarlaşan və daşınmaz əmlak şirkəti olan Bayrock Groupun yaradıcısıdır və ABŞ milyarderi Donald Trumpın biznes tərəfdaşıdır.

Eyni vaxtda o da məlumdur ki, Arifi 2010-cu ildə Türkiyə polisi həbs etmişdi. O, vaxtilə Mustafa Kamal Atatürkə məxsus gəmidə Rusiya biznesmenlərini və rəsmilərini gecəsi 10 min dollara Şərqi Avropadan olan fahişələrlə təchiz etməkdə ittiham olunurdu.

6 ay sonra bu ittihamlar götürüldü.

Arif 17 il Sovet dövrünün Ticarət nazirliyində işləyib. SSRİ dağılandan sonra Türkiyədə lüks Labada hotelini işlədib. Sonra ABŞ-a köçən Arif Trumpla bir neçə layihə reallaşdırıb. Bunlara o cümlədən 46 mərtəbəli SoHo hoteli və Nyu Yorkda yaşayış göydələni daxildir.

Arif Aston Villanı ala biləcəkmi?

Qəzet yazır ki, məlumatlı mənbə bu klubu almağa 6-dan 8-ə qədər namizədin olduğunu bildirir və deyir ki, bunlar arasında Arif və onun ailəsi çox ciddi iddiaçıdır.

O, klubu ala bilsə, İngiltərənin ən yüksək futbol liqası olan Premyer Liqanın klubunu alan ilk qazaxıstanlı iş adamı olacaq.

Premyer Liqanın 2 klubun sahibi və böyük səhmdarı keçmiş SSRi məkanından olanlardır. Chelsea klubunun sahibi rusiyalı iş adamı Abramovichdir. Rusiyalı iş adamı, milliyətcə özbək olan Alisher Usmanov Arsenal klubunun ən böyük səhmdarıdır.

Aston Villa bu iki klubun yolu ilə gedir. Çünki keçən il 52 milyon funt sterlinq ziyan edib.

Arif bu klubu alsa, bu onun futbola ilk investisiyası olmaycaq. O, Londonda qərarlaşan Doyen Capital fondunun investorudur. Bu fond isə dünyanın aparıcı futbolçularına, məsələn, vaxtilə Atletico (Madrid) , indi isə Fransanın "Monaco" klubunda oynayan Radamel Falcaoya investisiya edib.

Vaxtilə Radamel Falcaonun futbolçu kimi bazar qiymətinin qalxmağında bu investisiya mühüm rol oynayıb. Doyen Capital aparıcı oyunçulara 100 milyon avro sərmayə qoyub.

Şərhləri göstər

XS
SM
MD
LG