Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:48
-
İyunun 2-də Azərbaycan Dövlət Film Fondunda Xalq artisti Məlik Dadaşovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilati dəstəyi ilə reallaşacaq.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Dövlət Film Fonduna istinadən yaydığı xəbərə görə, tədbirdə sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, sənət dostlarının xatirələri dinləniləcək.

Məlik Dadaşov 1924-cü ildə Bakıda doğulub.

O, Azərbaycan teatrının xarakterik obrazlar yaradan ustad aktyorlarından olub.

Məlik Dadaşov filmlərə də çəkilib.

Onun “Axırıncı aşırım” filmindəki Qəmlo obrazı çox məşhurdur.

Ömrünün ahıl çağlarında səhnədə yıxılan aktyor 1996-cı il dekabrın 2-də dünyadan köçüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG