Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:51

Yazıçılar İttifaqının sədri «arzuedilməz şəxs» olmaq istəmir


Makvala Gonashvili

Makvala Gonashvili

-

Gürcüstanın Yazıçılar İttifaqının sədri Makvala Gonashvili Azərbaycan rəhbərliyinə yazılı müraciətində adının «arzuolunmaz şəxslər» siyahısından çıxarılmasını istəyib.

O, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyi üçün Xarici İşlər Nazirliyi tərəfindən həmin siyahıya salınıb.

Açıqlamanı XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev yayıb.

Müraciətində Gonashvili bildirib ki, 2012-ci il oktyabrın 16-18-də «Beynəlxalq poeziya festivalı»nda iştirak üçün Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib.

Məqsəd Azərbaycan xalqının vətənpərvər hisslərini təhqir etmək olmayıb.

Bu səfərin doğuracağı hüquqi nəticələri barəsində məlumatlı olmadığını qeyd edib.

Gonashvili bundan sonra Azərbaycan Respublikasının mərkəzi hakimiyyət orqanlarının tələblərinə uyğun şəkildə davranacağı ilə bağlı öhdəlik götürüb.

XİN bildirir ki, Makvala Gonashvili-nin müraciətinə baxılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG