Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:49

Məlumatlara görə, Ukraynanın şərqində rusiyayönlü yaraqlıların bir fraksiyası digərini regional administrasiya binasından çıxarıb. Həmin bina separatçıların qərargahı kimi fəaliyyət göstərirdi. Hadisə Donetskdə baş verib.

Özünü Vostok Batalyonu adlandıran qrupun üzvləri digər qrupa məxsus yaraqlıların Donetsk aeroportu yaxınlığında supermarketi talamasından narazı qalıb. Vostok üzvləri qarət edilmiş malları ələ keçirib və bina qarşısındakı barrikadaları təmizləyib.

Qərb mediası Vostok Batalyonu silahlılarının ötən həftəsonu Donetskə axışdığını bildirir. Onlardan çoxu Çeçenistan və Qafqazın digər ərazilərindəndir.

ABŞ Dövlət Departamenti mayın 29-da bildirib ki, Dövlət katibi John Kerry Rusiyanın xarici işlər naziri Sergei Lavrov-la görüşdə Ukraynaya daxil olan xarici yaraqlılar, xüsusilə çeçenlər sarıdan narahatlığını bəyan edib.
XS
SM
MD
LG