Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:02

Leyla Yunusun pasport şərti


Leyla Yunus
Leyla Yunus
-
Leyla Yunus bu gün də istintaqa ifadə verməyə çağrılıb.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus mayın 30-da Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsində jurnalist Rauf Mirqədirovun işi ilə bağlı istintaqa yenidən ifadə verməyə çağrılıb.

Leyla Yunus AzadlıqRadiosuna bildirib ki, o, səhər saatlarında müstəntiq İbrahim Ləmbəranski ilə telefonla danışıb, deyib ki, əllərindən alınan xarici pasportlar geri qaytarılmasa, istintaqa ifadə verməyə getməyəcək: “Dedim ki, məni 8 saat sorğu-sual etdiniz, nə soruşdunuz, cavab verdim, dedi ki, bir neçə sual da verməliyik. Mən də təkid etdim ki, pasportumu qaytarın, gəlim. Onsuz da biz Azərbaycandan çıxa bilmirik. Sadəcə, istəyirəm qanuna əməl eləsinlər. Pasportumuzun əlimizdən alınması qanunsuzluqdur. Onlar bizi qul sayırlar? Mən özümü qul saymıram!”

Leyla Yunusun sözlərinə görə, o, müstəntiqdən ilk olaraq pasportlarının qaytarılmasını tələb edib: “Demirəm ki, istintaqa getmirəm. Deyirəm ki, pasportu qaytar, gəlim ifadə verim, sonra da o biri sənədlərimizi qaytararsınız”.

Hüquq müdafiəçisi pasportun qaytarılmadığı təqdirdə istintaqa ifadə verməyə getməyəcəyini deyir.

Leyla Yunus dünən də bu səbəblə istintaqa getməkdən imtina edib.
XS
SM
MD
LG