Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:02

Youtube-dakı «Happy in Tehran» videosunun yaradıcısı Sassan Soleimani-nin İranda həbsxanadan buraxıldığı söylənir. İranda İnsan Hüquqları üzrə Beynəlxalq Kampaniya (ICHRI) bildirir ki, Soleimani mayın 29-da buraxılıb. Onun üçün təxminən 16,600 dollar ödənilib.

Soleimani mayın 20-də saxlanıb, bir gün əvvəl isə onun videosunda çəkilmiş altı nəfər «ədəbsiz» davranışa görə saxlanıb. Onların həbsi dünya ictimaiyyətinin kəskin reaksiyasını doğurub.

Saxlananlar bir neçə gündən sonra zaminə buraxılıb.

ICHRI bildirir ki, İran məhkəməsini Soleimani və altı nəfərə qarşı bütün ittihamları ləğv etməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG