Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:54

AB, Rusiya və Ukrayna qaz borcunu müzakirə edəcək


-
Avropa Birliyi, Rusiya və Ukrayna təmsilçiləri mayın 30-da Berlində görüşərək Moskva və Kiyev arasında təbii qaz mübahisəsini çözməyə çalışacaqlar. AB-ni danışıqlarda AB Enerji Komissarı Guenther Oettinger təmsil edəcək.

Rusiyanın dövlətə məxsus Qazprom şirkəti bildirir ki, Ukraynanın qaz borcu iyunun 7-dək 5.2 milyard dollara çatacaq və iyunun 2-ni borcun ödənməsi üçün son tarix qoyub.

Mayın 28-də Rusiyanın enerji naziri Aleksandr Novak israr edib ki, Ukrayna mayın 30-dək azı 2 milyard dollar ödəsin, yoxsa iyunun 3-dən başlayaraq qazı kəsiləcək.

AB narahatdır ki, Rusiyanın Ukraynaya qaz təchizatını dayandırması AB ölkələrindən bəzilərini qazsız qoyar.
XS
SM
MD
LG