Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:50
-
ABŞ-ın dövlət katibi John Kerry deyir ki, Ukrayna sərhədinə yığılmış rus əsgərləri Moskvaya doğru geri çəkilir, ancaq hələ də təcrübəli rusların Ukraynanın şərqinə keçməsinin “təhlükəli əlamətləri” var. Kerry mayın 29-da PBS TV-yə müsahibəsində deyib ki, dəlillər Rusiyada təlim görmüş, Çeçenistandan olan heyətin Ukraynaya keçdiyini, hadisələri qızışdırıb döyüşdə iştirak etdiyini göstərir.

Ağ Ev separatçıların “xaricdən gətirilən” mükəmməl silahlardan istifadə etməsindən narahatlığını bildirib. Mayın 29-da vurulan Ukrayna vertolyotunda 14 əsgər və bir general həlak olub.

Ukraynanın prezidenti vəzifəsini icra edən Oleksandr Turchynov parlamentdə deyib ki, vertolyotu “Rusiyaya məxsus hava qurğusu əleyhinə raket” vurub.

Slavyanskda separatçıların saxladığı ATƏT təmsilçiləri hələ də buraxılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG