Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:48

Türkiyənin Konstitusiya məhkəməsi YouTube-un bağlanmasını hüquq pozuntusu hesab edir


Türkiyənin Konstitusiya məhkəməsi mayın 29-da qərar verib ki, YouTube saytının bağlanması hüquq pozuntusudur.

Məhkəmə öz qərarını hakimiyyət orqanlarına göndərəcək və bundan sonra YouTube Türkiyədə açılmalıdır.

Hökuməıt YouTube saytını mart ayında bağlayıb. O vaxt baş nazir Erdoganla bağlı korrupsiya iddialarını yaymaqda YouTube-dan da istifadə olunmuşdu və Suriya ilə bağlı məxfi hökumət müzakirəsi YouTube-da yayılmışdı. Hökumət bunları əsas gətirərək YouTube-u bağladı.
XS
SM
MD
LG