Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:18

Qırğızıstanda Dövlət qızıl şirkətinin rəhbəri həbs olunub


Dilger Japarov

Dilger Japarov

Qırğızstanın dövlət qızıl şirkəti olan “Kyrgyzaltın”ın rəhbəri həbs olunub.

O, maliyyə fırıldağında ittiham olunur.

Baş prokurorluqdan mayın 29-da bildiriblər ki, Dilger Japarov mayın 28-də tutulub.

İstintaq materiallarına görə, Japarov dekabr ayında Kanadanın “Centerra Gold Company” şirkətinin hesabına 200 milyon dollar köçürüb.

Centerra Qırğızıstanda Kumtor adlı ən böyük qızıl mədənində işləyir.

Japarov ittihamlara cavab olaraq deyir ki, köçürülən pul Centerranın Kumtordakı mənfəətidir.

Hakimiyyət isə belə köçürməyə hökumətdən icazə alınmalı olduğunu bildirir.
“Kyrgyzaltın” şirkətində payların 33 faizi Qırğızıstan hökumətinə məxsusdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG