Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:20

Gürcüstanın azərbaycanlılar yaşayan Qardabani regionunda toqquşmalar araşdırılır


Gürcüstanın ədliyyə naziri azərbaycanlılar yaşayan Qardabani rayonunda sakitliyə çağırıb. Qardabanidə mayın 28-də kütləvi etnik toqquşmalar olub.

Azad və Ədalətli Seçkilər Dövlət komissiyasında çıxış edən Tea Tsulukiani deyib ki, burdakı toqquşmalar Gürcüstanda seçki prosesinə mənfi təsir göstərə bilər.

Dövlət komissiyasının mayın 29-dakı iclası Qardabanidəki toqquşmalara həsr olunmuşdu.

Mayın 29-da Qaradabanidə 500 yerli azərbaycanlı sakin yürüş edib və mayın 28-də bir qrup etnik gürcünün azərbaycanlılara hücumunu araşdırmağı tələb edib.

Yürüş iştirakçıları bildirirlər ki, hücum edənlər azərbaycanlıları Saakashvilinin Milli Hərəkat partiyasını dəstəkləməkdə ittiham edirdi.

Toqquşmalarda xəsarət alan yoxdur.

Qardabaninin daxil olduğu Kvemo Kartli regionunun qubernatoru Giorgi Mgebrishvili hadisəni araşdırcağına söz verib. Bundan sonra yürüş iştirakçıları dağılışıb.
XS
SM
MD
LG