Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:18

Bloqqer Ömər Məmmədovun məhkəməsi olub


Ömər Məmmədov
Ömər Məmmədov
-
Mayın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində bloqqer Ömər Məmmədovun növbəti məhkəməsi keçirilib.

Prosesdə şahid İlham Ələkbərov ifadə verib. O, Ömər Məmmədovun həbsində iştirak etdiyini bildirib:

«Mən polisəm. Bu məsələdə sadəcə iştirakçı olmuşam. Bizə məlumat daxil olub ki, narkotik var, biz də gedib həbs etmişik».

Növbəti məhkəmə prosesi iyunun 6-na təyin olunub.

Ömər Məmmədov yanvarın 24-ü Bakıda saxlanıb. O, narkotik vasitə saxlamada ittiham olunur.

Ömər Məmmədovun təqsiri sübuta yetirilərsə, onu 5 ildən 12 ilədək həbs cəzası gözləyir.

Yaxınları hesab edir ki, 19 yaşlı bloqqerin saxlanması onun «Facebook»dakı fəaliyyəti ilə bağlıdır.
XS
SM
MD
LG