Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:04

REAL-çı Aynur İmranova istintaqa ifadə verib


-
REAL Hərəkatının üzvü Aynur İmranova mayın 29-da Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində dindirilib.

Aynur İmranova AzadlıqRadiosuna deyib ki, ona verilən suallar əsasən xarici donorlardan alınan qrant və qonorarlara görə ödənilər vergilərlə bağlı olub:

«Maraqlanırdılar ki, aldığım qonorar və qarantlara görə vergiləri ödəmişəmmi və s. İstintaq sirrini yaymamaqla bağlı sənədə imza atmışam, bundan artıq bir söz deyə bilməyəcəyəm. Amma onu deyim ki, mayın 19-dan mənim bank hesabıma həbs qoyulub. Pul çıxarmaq istəyəndə təsadüfən bilmişəm ki, Nəsimi məhkəməsinin qərarı ilə hesabıma həbs qoyulub».

Son vaxtlar daha bir neçə Qeyri-Hökumət Təşkilatının rəhbəri Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində dindirilib. Amma onların bəziləri bu barədə məlumatları mətbuata bölüşmək istəmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG