Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:27

Dünya əhalisinin 33 faizinin çəkisi normadan artıqdır


“Lancet” tibb jurnalında dərc olunmuş yeni hesabata görə, dünya əhalisinin 3-də 2-si kökdür.

Hesabat 188 ölkədə və 1980-ci ildən 2013-cü ilə kimi aparılmış tədqiqata əsaslanır.
Dünyada 2 milyard 100 milyon insanın çəkisi normadan artıqdır.

33 il əvvəl belə adamların sayı 857 milyon idi.

Çəkisi normadan artıq olan adamlar ən çox Yaxın Şərqdə və Şimali Amerikadadır. Burda kişilərin 60 faizi, qadınların 65 faizi kökdür.

Çəkisi normadan artıq olanların ən çox olduğu ölkə ABŞ-dır. Burda əhalinin 13 faizinin çəkisi normadan artıqdır.

Çin, Hindistan, Rusiya və Pakistan “ən kök” 10 ölkə sırasına daxildir.

Araşdırmanı Microsoft şirkətinin yaradıcısı Bill Gatesin və onun xanımı Melinda Gatesin fondu olan Bill&Melinda Gates Foundation aparıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG