Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:50
-

Mayın 28-də İsmayıllı rayonunda «Raqib-FK» MMC kərpic zavodu istifadəyə verilib.

Bu zavod əvvəllər də fəaliyyət göstərib. Ancaq 4 il bundan qabaq maliyyə vəsaiti olmadığına görə öz fəaliyyətini dayandırmışdı. Zavodda iki növbədə 110 nəfər fəhlənin çalışacağı bildirilir.

Zavodun açılışında rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov deyib:

« Cənab prezidentin ən böyük istəyi İsmayıllıda yeni iş yerlərinin yaradılmasıdır. İnşallah biz buna nail olduq və gələcəkdə yeni-yeni iş yerlərinin yaradılmasının şahidi olacaqsınız».

«Raqib-FK» MMC zavodunun təsisçisi Cümşüd Hacıyev isə deyib ki, əvvəllər zavodun istehsal gücü illik 3 milyon manat olub. Hazırda bu artırılaraq 15 milyona çatdırılacaq:

«Bütün bunlar sahibkarlığa dəstək milli fondunun burada apardığı yenidənqurma işlərindən sonra baş verdi».
XS
SM
MD
LG