Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:46

«The Big Apple Music Awards 2014» – dən Azərbaycana üç mükafat birdən


-
Azərbaycan Nyu-Yorkda keçirilən «The Big Apple Music Awards 2014» müsabiqəsindən 3 mükafat birdən qazanıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, müğənni İlhamə Qasımova «Best Female Artist of Azerbajian» («Azərbaycanın ən yaxşı qadın artisti»), müğənni Brilliant Dadaşova «Lifetime Achievement Award», rəqqas Tahir Eynullayev isə «Best Male Artist of Azerbajian» («Azərbaycanın ən yaxşı kişi artisti») nominasiyalarının qalibi olublar.

Mükafatlandırma mərasimində Tacikistan, Türkmənistan, BƏƏ, eləcə də ABŞ-ın özündən və digər ölkələrdən namizədlər iştirak edirdi.

Mayın 25-də Nyu-Yorkda keçirilən mərasimdə, hər üç soydaşımız mükafata layiq görülüb.

2007-ci ildən keçirilən «Big Apple Music Awards» müsabiqəsində Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiyadan məşhur müğənnilər iştirak edir.

Bu mükafat European Music Awards və Latin Music Awards mükafatının şərq oxşarıdır.

Bəzi məşhur ifaçılar - Arash, Amr DiabKhaled müəyyən zamanlarda Big Apple Music Awards-ın qalibləri olublar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG