Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:29

Həsən Hüseynlinin məhkəməsi təxirə salınıb


Həsən Hüseynli
Həsən Hüseynli
-
Bu barədə “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin sədri Həsən Hüseynlinin özü məlumat verib. Bildirib ki, bu gün saat 11-ə təyin edilmiş məhkəmə hazırlıq iclası təxirə salınıb. Səbəb Həsən Hüseynlinin vəkillərinin iclasda iştirak edə bilməmələri olub.

“Məni müdafiə edən vəkillərim gələ bilmədiklərindən müraciət etdik ki, məhkəmə başqa bir günə təxirə salınsın. Qərar verildi ki, məhkəməyə hazırlıq iclası iyun ayının 5-i saat 12-də keçirilsin”.

Həsən Hüseynli martın 31-də Gəncədə saxlanılıb. O, öz həmyerlisi Arzu Qəhrəmanovaya bıçaq xəsarəti yetirməkdə günahlandırılır. Həsən Hüseynli polisdə 48 saat saxlanıldıqdan sonra müstəntiqin qərarı ilə polis nəzarətində olmaqla azadlığa buraxılıb.

Həsən Hüseynli xuliqanlıqda ittiham edilir. Özü isə saxlanılmasının ictimai fəaliyyəti ilə bağlı olduğunu deyir.

Rəhbərlik etdiyi “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin missiyası Azərbaycanın Qərb regionunda açıq cəmiyyət ideyalarını yaymaq və vətəndaş cəmiyyəti quruculuğuna töhfə verməkdir.

Mərkəz gənclərin ictimai fəallığının, liderlik qabiliyyətinin yüksəldilməsi sahəsində layihələr həyata keçirir.
XS
SM
MD
LG