Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:07
-
Mayın 29-da hüquq müdafiəçisi Leyla Yunus yenidən baş prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsdinə çağırılıb. Bu barədə AzadlıqRadiosuna o özü məlumat verib.

“Saat 10:05-də müstəntiq İbrahim Lənbəransksi mənə zəng edib saat 12-də istintaqa dəvət etdi. Mən isə ona dedim ki, siz dediyiniz istənilən vaxt istintaqa gəlməyə hazıram, o şərtlə ki, hava limanında əlimizdən alınan pasportlarımız geri qaytarılsın. Şəxsən İbrahim Lənbərənaski hava liomanında pasportları özü mənim əlimdən alıb. O dedi ki, mən sizi iki saatdan sonra prokurorluqda gözləyirəm. Mənsə təkrar etdim ki, bir saatdan sonra bizim pasportlarımızı qaytarın, gəlim. Bildirdim ki, hava limanında əlimizdən alınan pasport qaytarılmasa, gəlməyəcəm”.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus aprelin 29-da xaricə konfransa gedərkən Heydər Əliyev adına hava limanında saxlanılaraq geri qaytarılıb.

Daha sonra hüuquq müdafiəçisinin ofisində və evində axtarış aparılıb. Bir gün sonra o, “dövlətə xəyanət” də ittiham olunaraq həbs edilən “Ayna”-“Zerkalo” qəzetlərinin şərhçisi Rauf Mirqədirova açılmış cinayət işi üzrə baş prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində dindirilib.

Onların ölkədən çıxmasına qadağa qoyulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG