Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:40

Ukraynanın şərqində atışma başlayıb


-
Ukrayna Milli Qvardiyası bildirir ki, mayın 28-də axşam saatlarında rusiyayönlü separatçıların onların baraklarına hücum etməsi nəticəsində itki veriblər. Bundan əvvəl Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroshenko vəd edib ki, gələn həftə Fransada Rusiya prezidenti Vladimir Putinlə böhranı müzakirə edəcək.

Mayın 28-də Rusiya və Ukrayna diplomatları şərqi Ukraynada zorakılığa görə bir-birini ittiham ediblər. Rusiyanın BMT-dəki səfiri Vitaly Churkin deyib ki, Təhlükəsizlik Şurası Ukraynanı “hərbi xaosa” son qoymağa çağırmalıdır. Ukraynanın BMT-dəki səfiri Yuriy Sergeyev isə bildirib ki, Şura Rusiyadan bütün əsgər və yarım-hərbi qruplarını Ukrayna ərazisindən çıxarmasını tələb etməlidir.

Sergeyev onu da söyləyib ki, Moskva yüzlərlə çeçen, kazak və rus yaraqlılarına Ukraynanı tərk etməyə çağırmalıdır.

Donetskdə mayın 28-də sakitlik olub. Bundan əvvəl onlarla rusiyayönlü separatçı aeroportda öldürülüb.
XS
SM
MD
LG