Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:30

İsmayıllıya dolu düşüb, sel bir evin yarısını aparıb [Fotolar]


-
Mayın 28-i günorta saatlarında İsmayıllı rayonuna əvvəlcə leysan, sonra güclü dolu yağıb.

Bu barədə AzadlıqRadiosunun bölgə müxbiri məlumat verir.

Dolu rayonun bir sıra kəndlərinə ziyan vurub. Həyətyanı sahələrdəki təsərrüfatlara və meyvə ağaclarına ciddi ziyan dəyib. Rayonun Talıstan kəndində sel bir evin yarısını yuyub aparıb.

İsmayıllı rayon İcra Hakimiyyətindən də təbii fəlakətin rayona ciddi ziyan vurduğunu təsdiqlədilər. Rayon icra başçısının müavini Mahmud Süleymanov hazırda hadisə yerində olduqlarını bildirdi:

«Hazırda ən çox ziyan dəyən Talıstan kəndindəyik. Dolu və sel rayona ciddi ziyan vurub. Dəyən ziyanın miqdarı hesablanır».

Müxbirimizin İsmayıllı rayonundan göndərdiyi fotolar:
XS
SM
MD
LG