Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:19

Obama ABŞ-ın dünya liderliyinin siyasi, hərbi məqamlarını açıqlayır


ABŞ prezidenti Barack Obama West Point Hərbi Akademiyasında çıxışında deyib ki, Soyuq müharibə dövründən fərqli olaraq ABŞ-a hansısa ölkənin birbaşa təhlükəsi çox azdır. ABŞ iqtisadiyyatı Yer üzündə ən dinamik iqtisadiyyatdır.

Obama bildirib ki, ABŞ-ın hərbi gücünə baxmayaraq hərbi zərbə endirmək hər bir məsələnin həllində əsas vasitə deyil. ABŞ xalqını qorumaq lazım gələndə Amerika icazə istəməyəcək. Ancaq ABŞ-a birbaşa təhükə olmayanda, onda ABŞ öz tərəfdaşlarını səfərbər etməli , kollektiv addımlar atmalıdır.

Obama deyib ki, yaxın gələcəkdə ABŞ-a birbaşa təhlükə terrorizmdən gəlir.

Ukrayna barədə Obama bildirib ki, Ukraynada Rusiyanın son hərəkətləri sovet tanklarının Şərqi Avropaya girməsini xatırladır. Ancaq ABŞ-ın liderliyi ilə dünya Rusiyanın hərəkətlərini pislədi, Rusiya təkləndi.

Obama hesab edir ki, Ukraynaya təhlükələr çoxdur. Ancaq Ukraynanın ABŞ-la və onun müttəfiqləri ilə birlikdə olması Ukrayna xalqına öz gələcəyini seçmək şansı verir.

Barack Obama terrorizmlə mübarizədə 5 milyard dollarlıq tərəfdaşlıq fondunun yaradılmasını elan edib və Konqresi bu fondu dəstəkləməyə çağırıb.
Obama deyib ki, yeni fond terrorizmlə mübarizə aparan ölkələrə ABŞ-ın yardımını nəzərdə tutur.
XS
SM
MD
LG