Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:18

Deputatın oğlu jurnalistin döyülməsi ilə bağlı ifadə verib


-
«Yeni Müsavat» qəzetinin əməkdaşı Fərahim İlqaroğlunun döyülməsi ilə əlaqədar Aynar Məmmədov istintaqa çağırılaraq ifadəsi alınıb.

Daxili İşlər Nazirliyindən AzadlıqRadiosuna bildiriblər ki, həmin cinayətdə onun iştirakı təsdiq olunmayıb:
«İş üzrə bütün xüsusatlar nəzərə alınmaqla istintaq davam etdirilir».

Aynar Məmmədov deputat Elton Məmmədovun oğludur.

Jurnalist Fərahim İlqaroğlu aprelin 25-də yaşadığı binanın girəcəyində döyülüb.

Hadisə ilə bağlı Nizami rayon Məhkəməsində «xuliqanlıq» maddəsi ilə cinayət işi açılıb.

Mayın 7-də Bakı şəhər Baş Polis İdarəsi Fərahim İlqaroğlunu döyən şəxsin tutulması barədə məlumat yayıb. Məlumata görə, həmin şəxs Siyəzən rayon sakini, Bakıda kirayə yaşayan 24 yaşlı Feyruz Termişidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG