Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:26

Elmar Məmmədyarov Qoşulmama Hərəkatının konfransında çıxış edib


-
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Əlcəzairdə keçirilən konfransında hərəkatın Avropa Qrupunun sədr müavini qismində çıxış edib.

Bu haqda nazirliyin mətbuat xidməti xəbər yayıb.

Elmar Məmmədyarov görüşün ədalətli və təhlükəsiz dünya qurmaq səyləri istiqamətində böyük addım olacağına inandığını bildirib:

«Bu məqsədlə Avropa Qrupu görüşün işinə töhfə vermək niyyətindədir. Əminik ki, bizim buradakı görüşümüz və onun nəticəsində qəbul edəcəyimiz yekun sənəd hərəkatın prinsip və məqsədlərinə dəstək olaraq kifayət qədər hərtərəfli gündəliyi əks etdirir. Şübhəsiz ki, nəticədə o üzv dövlətlər tərəfindən həmrəylik ruhunda həyata keçiriləcək».

Günün bütün mövzuları

XS
SM
MD
LG