Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:37

İranda iki bacıda MERS xəstəliyi aşkar olunub


ABŞ-da ilk dəfə MERS virusu aşkar edilib. İndiana ştatında laboratoriyada virusu araşdıran həkim.

ABŞ-da ilk dəfə MERS virusu aşkar edilib. İndiana ştatında laboratoriyada virusu araşdıran həkim.

İranda ilk MERS (Middle East respiratory syndrome - Yaxın Şərq nəfəs yolu sindromu) xəstəsi aşkar olunub. Səhiyyə naziri Mehdi Gouya mayın 28-də bildirib ki, xəstəliyin virusu Kirman vilayətində iki bacıda tapılıb. Onlardan biri ağır vəziyyətdədir.

Bunlardan başqa bu ailədən olan digər iki şəxsdə də virusun olması güman olunur.
Ehtimala görə bu şəxslər Səudiyyə Ərəbistanından gələn zəvvarlardan yoluxublar.

MERS xəstəliyi 2 il əvvəl Səudiyyə Ərəbistanında aşkar olunub. O vaxtdan onun dərmanı tapılmayıb və indiyədək 600 adam xəstələnib və 175 ölüb.

MERS-Cov adı verilə bu virus 2003-cü ildə Asiyadan bütün dünyaya yayılan SARS virusunun daha ölümcül formasıdır.

Yoluxanlar öncə adi qripi və soyuqdəymə əlamətləri görünür, ancaq qısa müddət ərzində xəstənin vəziyyəti ağırlaşır, ağ ciyərlər sıradan çıxa bilir.

Ancaq həkimlər hələ ümidvardırlar, deyirlər ki, bu virus öncəki pandemiyalara nisbətən, insandan insana daha uzun müddətlik kontakt zamanı keçir.

Britaniyadakı Reading Universitetindən virusşünas Ian Jones deyir ki, indiki şərtlər altında həccə gedənlərin hansısa özəl qoruyucu tədbirlər görməsinə ehtiyac yoxdur. Sadəcə istənilən yoluxucu xəstəlikdən qorunmaq üçün nə edirlərsə, onu eləsinlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG