Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:46

Qazax fəallar və Azadlıq Radiosunun müxbiri həbsə məhkum olunub


 Orken Zhoyamergen

Orken Zhoyamergen

Astanada Qazaxıstanın Avrasiya İqtisadi Birliyinə qoşulmasının əleyhinə nümayişə çıxan 7 fəal 4 sutkayacan həbsə məhkum olunub.

Mayın 27-də İlyinka şəhərciyində etiraz aksiyasından xəbər verən 3 jurnalist də 4 sutkayacan inzibati həbs cəzası alıb. Onlar arasında Azadlıq Radiosunun müxbiri Orken Zhoyamergen də var.

Zhoyamergen xırda xuliqanlıqda günahkar bilinib.

Azad Avropa/Azadlıq radiolarının Baş Redaktoru Nenad Pejic Zhoyamergenin həbsini pisləyib və bildirib ki, onun həbsi media azadlığının pozulmasıdır. O, məhkum olunan jurnalistlərin dərhal azadlığa buraxılmsını tələb edib.

Polis İlyinkada 20 fəalı tutmuşdu. Sonradan onların yarısı buraxıldı. Etirazçılar mayın 29-da nümayişə hazırlaşırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG