Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:47

Cəmil Həsənli: «Bir vicdan borcumuz var»


Cəmil Həsənli
Cəmil Həsənli
-

Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96-cı ildönümü ilə əlaqədar Novxanıda keçirilən tədbirdə Milli Şuranın sədri Cəmil Həsənli 96 il əvvəl qurulan Cümhuriyyətin yolundan, prinsiplərindən danışıb:

«Onların qarşısında bir vicdan borcumuz var. Bütün millətimiz ayağa durmağına, diri qalmağına, müstəqil bir dövlətə sahib olduğuna görə Cümhuriyyət qurucularına, Rəsulzadəyə minnətdar olmalıdır».

Cəmil Həsənli deyib ki, Azərbaycan xalqının siması Rəsulzadə, Elçibəydir: «Və bu bayrağı gerçəkdən başı üzərinə qaldırıb onun ucalığının şərəf və ləyaqətini öz içində hiss edənlərindi bu vətən. Rəsulzadə və onun nəsli dağınıq bir ərazidən vətən, dağınıq bir toplumdan millət yaratdılar. Yaşasın, Azərbaycan milləti!»
XS
SM
MD
LG