Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:08

Çeçen lideri Ukraynanın şərqinə hərbçi göndərmədiyini deyir


Ramzan Kadyrov

Ramzan Kadyrov



Çeçen lideri Ramzan Kadyrov deyir ki, Ukraynanın şərqində rusiyayönlü yaraqlılarla birgə vuruşmaq üçün silahlı qüvvə göndərməyib.

Mayın 28-də İnstaqram hesabında yaydığı bəyanatda Kadyrov deyib ki, 3 milyonluq çeçenlərin üçdə ikisi respublikadan kənarda yaşayır və o, «onların hara getdiyini bilə bilməz və biməməlidir».

«Ukrayna hakimiyyəti Donetskdə «çeçen birləşməsi» görmək istəyirsə, Kiyevə yaxşı yol varkən, niyə Donetskə getsinlər ki?» o, deyib.

CNN-nin Donetskdən yaydığı görüntülərdə yaraqlılar Kadyrov-un təhlükəsizlik qüvvələrindən olduqlarını etiraf edirlər.

Donetskin meri deyib ki, mayın 26-da aeroportda yaralananlar arasında çeçenlərin olduğuna inanır.

Rusiya müxalifət lideri Boris Nemtsov-un sözlərinə görə, çeçenlərin Donetskə göndərilməsindən Rusiya prezidenti Vladimir Putinin xəbəri var.

Günün bütün mövzuları

XS
SM
MD
LG