Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:48

N. Yaqublu: Bu bayramı İstiqlal günü kimi qeyd etmək lazımdır


-

Müsavat Partiyası Novxanıda M.Ə.Rəsulzadənin abidəsi yanında Respublika gününü qeyd edir. Cümhuriyyət dövrünün araşdırmaçısı Nəsiman Yaqublu deyir ki, bu bayramı İstiqlal günü kimi qeyd etmək lazımdır: «Məmməd Əmin Rəsulzadə yazırdı ki, bizim yaratdığımız dövlət Azərbaycan milli hərəkatının nəticəsidir».

Cümhuriyyət araşdırmaçısı deyir ki, 23 aylıq dövrdə 114 min kv. metrlik ərazidə Azərbaycanın üçrəngli bayrağı dalğalanmışdı: «Bu gün isə 66 min kv. metrlik bir əraziyə sahibik. Bu mənada o dövrdən bu dövrə baxanda qibtə etməmək olmur».

N.Yaqublu çıxışında Cümhuriyyət qurucularının fəaliyyətini şərh edib: «Bakını azad edib ölkənin paytaxtı ediblər. Qısa bir zamanda parlament yaradıb, 270-dən çox qanun layihəsi müzakirə olunub, bunlardan 230-dan çoxu qəbul edilib. Özü də nəzərə alsaq ki, o zaman hazır qanunlar yox idi, qanun layihəsini özləri yazırdılar, onların gördükləri işin əhəmiyyətini anlamaq olar».

N.Yaqublu deyir ki, 23 aylıq bir dönəmdə görülən işlərin miqyası çağdaş azərbaycanlını təəccübləndirməyə bilmir.

Tədbirdə M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə də iştirak edir. O da çıxışını belə tamamlayıb: «Azərbaycan nə qədər varsa, Rəsulzadə ideyaları da o qədər yaşayacaq. İlk türk dövlətini Azərbaycan qurub. Yaşasın Azərbaycan!»
XS
SM
MD
LG