Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:24


Mayın 27-si axşam saatlarında və 28-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən postlardan birinə basqın edib.

Hücumun qarşısı alınan zaman Azərbaycan ordusunun kapitanı Fikrət Məmmədovla və gizir Xudaverdi Abilov həlak olub. Əsgər Mehman Mirzəzadə isə ağır yaralanıb.

Bu barədə Müdafiə nazirliyi məlumat yayıb. Məlumatda qarşı tərəfin də itki verdiyi qeyd olunur.

Nazirlik tibbi müəssisəyə götürülən yaralı əsgərin vəziyyətinin ağır olduğunu bildirir.

Müdafiə nazirinin əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə ölümündən sonra kapitan Akif Məmmədov «igidliyə görə» medalı, gizir Xudaverdi Abilov «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalı ilə təltif edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG