Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:20
-

Mayın 28-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir


SON ƏFV-İN AÇMASI «QƏRBƏ DİRSƏK, İRANA REVERANS»

«Azadlıq» qəzeti son əfv fərmanına toxunur. Qəzet əfv siyahısına Qərbin tələb etdiyi şəxslərin deyil İran vətəndaşlarının adının salındığını yazır. Bunu «Qərbə dirsək, İrana reverans» hesab edir:

«...baş verənlər İrana sevgidən qaynaqlanmır. Sadəcə Qərbdən demokratiya çağırışı intensivləşəndə, hakimiyyət istənilən tərəfə yıxılmağa meylli görünür və demokratik dünyaya göstərmək istəyir ki, təzyiq güclənəndə mənim seçimim başqa cür ola bilər».

QAPADILAN «7 SAYLI DOSYE» VƏ AÇIQ QALAN SUALLAR

Nahid Cavadov

Nahid Cavadov

«Bizim yol» yazır ki, ötən həftə Suraxanıdakı 7 saylı internat məktəbində 7 yaşlı Nahid Cavadovla bağlı hadisəyə yekun vurulsa da açıq qalan xeyli suallar var.

«7 saylı dosye» qapadıldı, amma azyaşlı Nahid Cavadovun başına gələnlərlə bağlı müəmmalar səngimir».

Qəzet bu hadisəyə uşaq təşkilatlarının fikirlərini də öyrənib. «Ümidli Gələcək» təşkilatının prezidenti Nabil Seyidov 7 yaşlı uşağın polis tərəfindən dindirilməsini yolverilməz sayır:

«Suallar psixoloqa ünvanlanmalı, o da sualı uşağın dilinə çevirərək verməlidir. Təsəvvür edin döyülmə faktı dəqiqləşsə, həmin uşaq dəfələrlə məhkəməyə aparılacaq. Bu isə uşağın travma alması deməkdir».

ZİYA MƏMMƏDOV: GÖRÜNÜR, TƏZYİQ ALTINDA O DA AYNARIN ADINI VERİB


Ziya Məmmədov

Ziya Məmmədov

«Ümumiyyətlə nə Ziya Məmmədov, nə də Ziya Məmmədovun ətrafındakı adamlar jurnalist döydürməz. Bunların heç bir əsası yoxdur».

Bunu «Unikal» qəzetinə müsahibəsində nəqliyyat naziri Ziya Məmmədov deyib.

«Yeni Müsavat» qəzetinin müxbiri Fərahim İlqaroğlunun döyülməsində nəqliyyat nazirinin qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədovun adı sifarişçi kimi çəkilir.

Ziya Məmmədovun deyilənlərə cavabı belə olub:

«Aynar jurnalisti döydürməklə bağlı heç kimə göstəriş verməyib. Amma idmançıya kimlərsə Aynarın adını yazmağı məcbur edib. Görünür, təzyiq altında o da Aynarın adını verib. Mən, bu məsələ gündəmə gələndə Elton Məmmədovla əlaqə saxladım. Onunla söhbət zamanı bildirdi ki, Aynarın bu məsələdə heç bir təqsiri yoxdur. Yayılan foto və video görüntülərin də bir çoxu kollajdır. Yəqin ki, bizi istəməyən qüvvələr aranı qarışdırırlar. Ümumiyyətlə, mən bu məsələlərə qarışmıram. Bir daha deyirəm ki, mən dövlətə və dövlətçiliyə, eyni zamanda, cənab prezidentə xidmət edirəm».

«UKRAYNA RUSİYANI DA DƏYİŞMƏYƏ VADAR EDƏCƏK»

«Ukraynadakı hadisələr Rusiyanı da dəyişməyə vadar edəcək». Ukraynadakı son vəziyyəti «Yeni Müsavat» qəzetində təhlil edən Turan informasiya agentliyinin direktoru Mehman Əliyev bu fikirdədir:

«Ukraynada proseslər relsinə düşəndən sonra artıq Qərbin əl-qolu açılacaq ki, başqa ölkələrə də daha diqqətli olsun. Ölkədəki islahatlar, sosial-iqtisadi rifahın artması Rusiyaya da təsirsiz ötüşməyəcək. Bu gün Rusiya onunla oynayır ki, Ukraynada maaş, pensiya aşağıdır, təminat zəifdir. Sabah vəziyyət düzəlməyə başlayanda, Ukraynada azad cəmiyyət, azad KİV-lər inkişaf edəndə bütün bunlar Rusiyaya təsir edəcək və onun özünü dəyişməyə məcbur edəcək».

«RAMİZ MEHDİYEVİN FİKİRLƏRDƏN LAZIMI NƏTİCƏ ÇIXARMALIDIRLAR»

«Azərbaycan dövləti heç bir kənar qüvvənin diktəsi ilə fəaliyyət göstərmir». Bunu «Azərbaycan» qəzetinə müsahibəsində Milli Məclisin sədr müavini Bahar Muradova deyib:

«ABŞ səfiri Richard Morningstarın məlum müsahibəsi bir neçə gündür ki, ictimai-siyasi gündəmdədir. Bir çox rəsmi şəxslər və ictimaiyyət nümayəndələri haqlı olaraq onun fikirlərinə etiraz edirlər. Mən də bu mövqelərin əksəriyyəti ilə şərikəm. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin müsahibəsində səslənən fikirlərdən bütün qüvvələr özləri üçün lazımı nəticə çıxarmalıdırlar».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG