Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:59


Avropa Parlamentində kiçik partiyalar üstünlük qazanandan sonra AB liderləri siyasət prioritetlərini yenidən nəzərdən keçirəcək.

Avropa Şurasının prezidenti Herman Van Rompuy deyib ki, «seçicilər güclü mesaj göndəriblər». O, Brüsseldə AB liderlərinin görüşündən sonra danışıb.

Van Rompuy-un sözlərinə görə, Avropa iqtisadi böhrandan çıxır, gündəm artım, iş yerləri və rəqabətlilikdən ibarət olmalıdır.

Fransa prezidenti Francois Hollande bildirib ki, Avropa öz ölkəsinin seçkilərindən dərs çıxarmalıdır. Fransa seçicilərindən dörddə biri ifrat-sağçı Milli Cəbhə partiyasına səs verib.

Avropa boyunca ifrat partiyalar son seçkilərdə üstünlük qazanıb. Təhlilçilər bunu Brüsselin sərt iqtisadi tədbirləri, kütləvi işsizlik və mühacirət siyasətindən ictimai narazılıqla bağlayırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG