Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:25

Obama Əfqanıstanda 2014-cü ildən sonrakı planlardan danışır


Barack Obama
Barack Obama
-

Prezident Barack Obama mayın 27-də elan edib ki, 2014-cü ildən sonra Əfqanıstanda 9.800 ABŞ əsgərinin qalmasına çalışacaq.

«Gələn ildən başlayaraq, Əfqanıstan ölkənin təhlükəsizliyinə tam cavabdehlik daşıyacaq. Amerikan heyət isə məsləhətçi rolunda olacaq», Obama deyib. Bu əsgərlərin missiyası əfqan qüvvələrinə təlim keçmək və Əl-Qaidə əleyhinə anti-terror fəaliyyəti aparmaq olacaq.

2015-ci ilin sonunadək ABŞ əsgərlərinin sayı yarıbayarı azalacaq. 2016-cı ilin sonunadək administrasiya bütün əsgərləri geri çəkməyi, ancaq səfirliyə görə az sayda əsgər saxlamağı planlaşdırır.

Əsgərlər ancaq o halda saxlana bilər ki, əfqan hökuməti İkitərəfli Təhlükəsizlik Sazişi imzalasın. Prezidentliyə iki əsas namizəd seçiləcəkləri halda sənədi imzalamağı vəd edib. Hazırkı prezident Hamid Karzai isə onu imzalamaqdan imtina edib.
XS
SM
MD
LG