Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:17

Rusiyanın ən böyük ədəbi mükafatına iddialılar bilindi – Qısa siyahı


bigbook.ru

bigbook.ru

-

Rusiyanın ən böyük ədəbi mükafatı sayılan "Большая книга"nın qısa siyahısı açıqlandı.

Mükafat Fondu 6,1 milyon rubl (təxminən 175 min dollar) olan mükafatın qısa siyahısında 9 roman yer alıb.

Beləliklə, qisa siyahıya düşməyə layiq bilinmiş rus yazarları nədən yazırlar? (aşağıda bəzi romanları oxumaq üçün linklər var)


Svetlana Aleksiyeviç, "Время секонд хэнд"

Bu əsərə sənədli roman da demək olar. Romandakı monoloqlar yazıçının 10 il SSRİ boyu səyahətlərində qeydə alınıb.

Bu, Aleksiyeviçin «Голоса Утопии» bədii-sənədli silsiləsindən olan 5-ci kitabıdır.

“Kommunizmin müdhiş bir planı vardı – yazıçı qeyd edir - “köhnə” Adəmdən “yenisini” düzəltmək. Və bu istəyinə çatmışdı... Bəlkə də bu onun gerçəkləşən yeganə istəyi idi. 70 ildən artıq müddət ərzində marksizm-leninizm laboratoriyasında ayrıca insan tipi yetişdirdilər - homo soveticus. Bəziləri düşünür ki, bu, faciəvi personajdır. Digərləri onu “sovok”* adlandırır. Mənə elə gəlir ki, həmin adamı yaxşı tanıyıram, uzun illər onunla boyür-böyürə yaşamışam. O elə mənim özüməm. Mənim tanışlarım, dostlarım, valideynlərimdir. Sosializm dövrü bitib, bizsə qalmışıq...

_____
*sovet dövrü jarqonunda müasirliyə qarşı qoyulan sovet mentalitetli, “kommunist ruhlu” adamlar


Vladimir Sorokin, "Теллурия"


Sorokinin yeni romanında yer üzündə cənnətin mücəssəməsi olan Telluriya adlı mifik ölkənin axtarışından danışılır.

Telluriyada xoşbəxtlik gətirən metalın zəngin yataqları var. Vladimir Sorokin

Vladimir Sorokin



Hadisələr “yeni ortaçağ”da baş verir. Əsərin qəhrəmanları kentavrlar, itbaşlar, nəhənglər, səlib yürüşçüləri, pravoslav kommunistlərdir.


Kseniya Bukşi, "Завод "Свобода"”

Gənc romançının bu əsəri həyatdan götürülmə materiala əsaslanır.

Bu, sovet dövründə tikilən, ordu üçün sifarişlər yerinə yetirən zavod, onun işçiləri haqqındadır, amma sovet dövrünün istehsalat romanlarından deyil. Artıq sovet dövrü bitəndən sonra qılafından çıxmış insanların xatirələrinə əsaslanaraq o dövr haqda yazılmış romandır.

Bukşa ixtisasca iqtisadçıdır. Özü etiraf edir ki, bir zavod üçün brendbuk hazırlayanda yüzlərlə müsahibələr alıb, xeyli sayda işçi ilə söhbətləşib. Sonra bu materialın böyük hissəsi heç kəsə lazım olmayan “zibil” kimi kənara atılıb. O isə belə gözəl həyat hekayətləri əsasında, özünün görmədiyi dövr haqda roman yazıb.

Yazıçı bu hekayətdən “özünü” ixtisar edib, hekayət personajların xatirələri, qəzetdən kəsilmə yazılar, redioreportaj, müsahibə, yuxu və fantaziyalar vasitəsilə nəql edilir.


Aleksandr Qriqorenko, "Ильгет"

“İlqet” tarixi romandır.

Romanın qəhrəmanı yetim oğlandır. O, mövcudluğunun sirrini, həyatının mənasını özü üçün aça bilmir.

Atalığının zülmündən qurtulan oğlanın həyatında qəfil yüksəliş baş verir, o, yad bir tayfanın rəhbəri səviyyəsinə qalxır.

Amma bir müddət sonra monqolların əsirinə çevrilir.

Həyatın bu dolanbaclarından, gözlənilməz dönüşlərindən onun çıxardığı nəticəsə bu olur – həyatın mənası, xoşbəxtlik elə qorxusuz yaşamaqdır...


Aleksandr Makuşinski, "Пароход в Аргентину"

Əsərin qəhrəmanı mühacirdir – memar Aleksandr Voskoboynikov - SSRİ-dən xaricə qaçan mühacirlərin birinci dalğasından. İş elə gətirir ki, müharibədən sonra o, mühacirlərin ikinci dalğasından olan insanların olduğu paroxodla Argentinaya gedir. Məqsədi ürəyində qalan layihələri orada gerçəkləşdirməkdir. Bu roman rejimin məhv etdiyi karyeralar, ürəklərdə qoyduğu arzular, zorla pozub yenidən yazdığı bioqrafiyalar haqdadır. Zaxar Prilepin

Zaxar Prilepin




Saxar Prilepin, "Обитель"

Prilepin tanınmış yazardır.

Onun "Обитель" romanı SSRİ-nin ən böyük əmək düşərgələrindən olan Solovki haqdadır.

20-ci illərin sonudur. Düşərgədə baş verənləri həm də gələcəkdə milyonlarla insanın başına gələcək müsibətlərin “qaranquşu” saymaq olar. 27 yaşlı gəncin düşdüyü bu düşərgədə cəlladlarla qurbanları ayırd etmək çətindir. Burada onlarla insanın taleyindən xəbər tuturuq, bunlar həm də bütövlükdə böyük bir ölkənin taleyidir.


Viktor Remizov, "Воля вольная"

Roman insan və tayqa mövzusundadır.

Dövləti təmsil edən, hökumətlə bağlı adamlar və tayqa qanunları ilə yaşayan insanlar arasında ziddiyyət.

Hamını dövlətin qanunlarına tabe etdirmək istəyən milislər və yüzilliklərdi dədə-baba qaydası, özlərinin qoyduqları qanunlarla yaşayan yerli əhali. Bu tayqanın nemətləri onlar üçün həmişə çörək ağacı olub.


Yevgeni Çijov, "Перевод с подстрочника"

Moskvalı şair Oleq Peçigin tələbə dostunun dəvəti ilə Orta Asiyaya yollanır. Onun dostu indi Koştırbastan Respublikasının hökumətində mühüm vəzifə tutur. Səfərin məqsədisə prezident Qulimovun (öz ölkəsində az qala peyğəmbər sayılan rəhbərin) "analoqu olmayan"şeirlərini ruscaya çevirməkdir.

Bu romanda Şərq həm “Min bir gecə” nağılları kimi əsrarəngiz gözəlliklər, həm də qəddar gerçəklik məkanı kimi təsvir edilir.


Vladimir Şarov, "Возвращение в Египет"

Kolya Qoqol böyük rus yazıçısı Qoqolun həm adaşıdır, həm də uzaq qohumu. Sovet dövründə aqronom işləyən, QULaq-dan keçən, sonra Qazaxıstanda məskunlaşan Kolya uşaq vaxtından anasından eşidir ki, əgər Qoqol “Ölü canlar”ın gerisini yazsaydı, bu “cəhənnəm”I təsvir edəndən sonra “cənnət”ə də yolu göstərsəydi, Rusiyanın tarixi ayrı səmtə yönələrdi. Anası Çiçikov haqda məşhur əsərin gerisini yazmaq missiyasını oğlunun üzərinə qoyur. Beləcə, Qoqolun qəhrəmanlarının taleyi yeni bir əsərdə sovet dövrünün insanlarının həyatı ilə qarışır. Misir isə rus xalqının qayıtdığı “anti-xristian dünyası”nın rəmzidir..

Əsər Kolya və iki ədəbi tənqidçinin məktublaşmaları şəklində yazılıb.

Müsabiqənin qalibləri noyabrda bilinəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG