Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:19

Pakistanda qadını daş-qalaq edərək öldürüblər


Polis Farzana Iqbalın ölümü ilə bağlı dəlilləri toplayır, 27 may, 2014 -cü il

Polis Farzana Iqbalın ölümü ilə bağlı dəlilləri toplayır, 27 may, 2014 -cü il

Pakistanda qadını daşa basaraq öldürüblər.

Polis və vəkil bildirir ki, qadını daşa basan onun qohumlarından ibarət təxminən 20 nəfərlik dəstə olub. Bunların arasında qadının atası da olub.

Həmin adamlar mayın 27-də Lahor şəhərinin ali məhkəməsi qarşısında qadını və ərini daşa basıblar.

Buna səbəb – 25 yaşı olan qadının öz xalası oğluna nişanlanmasına baxmayaraq başqa adama ərə getməsidir.

Bundan sonra qızın atası həmin adamı qızı qaçırtma, oğurlama iddiası ilə məhkəməyə verib.

Polis gələndə qadını daşa basanların hamısı qaçıb-gedib, yalnız onun atası qalıb.
Pakistanın insan haqları qruplarının məlumatına görə, Pakistanda hər il 1000 qadın daşa basılaraq öldürülür.

Günün bütün mövzuları

XS
SM
MD
LG