Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:20
-
Yay mövsümündə ən çox qəza olan ərazilərdən biri Şimal bölgəsi - Quba, Qəçrəş və Nabrandır.

Bunu “AXA MBASK” sığorta şirkətinin sığorta hadisələri üzrə müştəri xidmətləri departamentinin müdiri Rafiq Allahverdiyev fins.az-a bildirib. Onun sözlərinə görə, Qubanın Qəçrəş ərazisində qəzalara əsas səbəb yüksək sürət və sürücülərin yolu tanımaması olur:

“Maşınlar maneələrə - ağaca, yol ayrıcında olan dəmirlərə vurulur. Nabranda isə avtomobili park edərkən kiçik qəzalar baş verir. Yüksək sürət və yolu tanımamaq Pirqulu- Çuxuryurd yolunda da qəzaların sayını artırır”.

GECƏLƏR İT-ÇAQQAL, GÜNDÜZLƏR MAL-QARA VURULUR

Rafiq Allahverdiyev deyib ki, Zaqatala və Qaxda isə ötən mövsüm 15-ə yaxın avtomobil qəzası baş verib. Qəzalar əsasən sürücülərin içkili və yuxulu olmasından baş verib. R. Allahverdiyev bildirir ki, hər 3 hadisədən biri maşınla heyvan vurma ilə bağlı olub:

"Gecə saatlarında daha çox it və çaqqal, gündüzlər isə mal-qara vurulur".

Sığorta şirkətinin əməkdaşının sözlərinə görə, Gədəbəy rayonunun Yasamal aşırımı da qəzalardan kasad deyil:

“Burada tez-tez “Niva” markalı maşınların yanması baş verir. Təkcə ötən mövsüm 4-5 belə qəza qeydə almışıq”.

Rafiq Allahverdiyev deyib ki, Yevlax - Şəki dördyolu da təhlükəli ərazi sayılır. Onun sözlərinə görə, burada qəzaların əsas səbəbi yüksək sürət, sürücülərin içkili olması və bəzən narkotik qəbul etməsidir.

DAĞILMIŞ ASFALTIN FƏSADLARI

fins.az yazır ki, Ələt-Astara yolunun 45-ci kilometrliyində Qaradağ rayonu ərazisində yolun bir hissəsində asfalt örtüyü dağıldığına görə sürücülər sürəti tənzimləyə bilmirlər və nəticədə qəzalar baş verir. Ötən yay mövsümündə bu səbəbdən həmin ərazidə 25-30 belə avtomobil qəzası baş verib:

“Yay mövsümündə bölgələrdə baş verən qəzalarda icbari sığorta ilə bağlı avtomobillərə 1500-1700 manat, kasko üzrə isə 2000-2500 manat arasında zərər dəyir. Nisbətən ağır qəzalarda isə maşına dəyən zərərin məbləği 2500-3000 manata çatır”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG