Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:17

“Azərbaycan” qəzeti gəlirinin 1/3-ni başsağlıqlarından alır



“Azərbaycan” qəzetinin reklam gəlirlərinin 30 faizi başsağlığı elanlarından gəlir

Bunu “Modern.az”a müsahibəsində qəzetin baş redaktoru Bəxtiyar Sadıqov deyib.

“Hər bir qəzet, hər bir KİV çalışır ki, reklam və elanla müəyyən bir vəsait qazansın, özünü dolandırsın. Başsağlığı da həmin o elan tiplidir. İndi başsağlığı bazarı “Azərbaycan” qəzetindədir. Çünki bu qəzet müstəqillik dövründə öz fəaliyyətini yenidən bərpa etdi. Həmin vaxtdan başsağlığı elanları veririk. Bu gün artıq hamı alışıb ki, kiminsə əzizi rəhmətə gedəndə yaxınları ona öz təsəllisini vermək üçün bizim qəzetə gəlirlər. Və insanlar da kimsə dünyasını dəyişibsə, ondan xəbər tutmaq üçün bizim qəzeti oxuyurlar. Bu mənada bir az kobud səslənsə də, amma reallıq budur ki, başsağlığı bazarı bizdədir, bunu reklam dilində deyirəm. Reklamdan götürdüyümüz gəlirin 30%-i başsağlığından gəlir”.

Bəxtiyar Sadıqovun sözlərinə görə, “Azərbaycan” qəzetində bir başsağlığının qiyməti 40 manatdır.

“Bu gizli deyil, açıq rəqəmdir. Könüllüdür, kimin o vəsaitə gücü çatırsa, müraciət edirlər, veririk. Bu, qəzetimizin maliyyə durumuna çox yaxşı təsir edən məqamlardan biridir. Biz istəmərik ki, kimsə cavan dünyasını dəyişsin, amma ölüm haqdır. İnsanlar da bir-birinə başsağlığı verirlər. Ona görə bu xidmətin olmağı da vacibdir” deyə baş redaktor bildirir.

“Azərbaycan” qəzeti Milli Məclisin orqanıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG