Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:12

Məhkəmə keçmiş müdafiə nazirinə bəraət verdi


Tbilisi məhkəməsi keçmiş müdafiə naziri Davit Kezerashviliyə qarşı pul yuma, qanunsuz əmlak satma, 12 milyon dollar rüşvət alıb, əvəzində spirtli içki qaçaqmalçılığına şərait yaratma ittihamlarını götürüb.

Məhkəmə mayın 27-də Kezerashvilinin həbsinə sanskiyanı da ləğv edib.
35 yaşlı Kezerashvili hazırda Fransada yaşayır.

Tbilisidə onun məhkəməsi qiyabi keçirilirdi.

Kezerashvili Gürcüstanın tələbi ilə Fransada həbs olunmuşdu. Ancaq girov müqabilində o, azadlığa buraxıldı.

Fevral ayında Fransa məhkəməsi onun Gürcüstana verilməsi üçün kifayət qədər əsasın olmadığını bildirdi.

Kezerashvili keçmiş Gürcüstan prezidenti Saakashvilinin yaxın tərəfdaşı olub.
XS
SM
MD
LG