Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:17

Ağzını tikərək aclıq aksiyası edən sahibkar Prezident Administrasiyasında olub


Ağzını tikərək aclıq aksiyası keçirən qazaxlı sahibkar Elşad Məmmədov

Ağzını tikərək aclıq aksiyası keçirən qazaxlı sahibkar Elşad Məmmədov

-
Ağzını tikərək aclıq aksiyası keçirən qazaxlı sahibkar mayın 27-də Prezident Administrasiyasında olub.

Sahibkarın AzadlıqRadiosuna dediyinə görə, Administrasiyada onu və yaxınlarından daha iki nəfəri qəbul ediblər.

“Məni, şəhid anası olan xalamı və onun oğlunu qəbul etdilər, dərdimizi dinlədilər. Üzləşdiyimiz bütün problemləri qəbul şöbəsində danışdıq. Bizi iyunun 2-də Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qəbuluna yazdılar. İnanıram ki, bu görüşdən qələbə ilə ayrılacam. Hamıya sübut edəcəm ki, mən haqq olmuşam”

Elşad Məmmədov iki il yarım əvvəl İbrahim İbrahimovun sahibi olduğu “Avesta” Konserninə məxsus “Həsən-6” MTK tikinti şirkətinə 355 min manat ödəyərək, iki mənzil alıb.

Sahibkarın dediyinə görə, bir müddət sonra xəbəri olmadan məhkəmə yolu ilə evlər onun əlindən alınıb. Elşad Məmmədov deyir ki, qeyd olunan məbləği rəsmi sənədlərə uyğun ödəsə də qarşı tərəf pulu heç cür geri qaytarmır. Məsələ Ali Məhkəmənin plenumuna çıxarılsa da qərar qəbulu növbəti iclasa saxlanılıb.

“Aveta” Konserninin prezidenti İbrahim İbrahimov isə sahibkarı ittiham edir. Deyir ev sahibkara “Xəzər adalarında görülən işlərin əvəzində verilibmiş, amma iş öhdəliyinə əməl olunmadığından evlər məhkəmə yolu ilə geri alınıb.

Sahibkar isə deyilənlərin doğru olmadığını bildirir. Hesab edir ki, həmin şəxs imkanlı olduğu üçün məhkəmələr ona qarşı qərar qəbul etmək istəmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG