Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:21

Qala kəndi ilə Mikloshaza qardaşlaşır


Qala kəndi
Qala kəndi
-
Bakının Qala kəndi ilə Macarıstanın Mikloshaza kəndi qardaşlaşacaq.

Azərbaycanın Macarıstandakı səfirliyinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, Qalanın daxil olduğu Xəzər rayonunun nümayəndələri artıq Macarıstanda səfərdədir.

Nümayəndə heyətinə rayon icra hakimiyyəti başçısının müavini Arif Balayev rəhbərlik edir.

Azərbaycanlı qonaqlar ölkəyə Bakı yaxınlığındakı Qala kəndi ilə qarşılıqlı münasibətlər qurmaq istəyən Mikloshaza bələdiyyəsinin dəvəti ilə gəliblər.

Macarıstanın şərqində, Slovakiya və Ukrayna sərhədi yaxınlığında yerləşən Mikloshaza öz tarixi-etnoqrafik xüsusiyyətləri ilə seçilən yaşayış məskənlərindən biridir.

Burada təxminən 700 illik dövrü əhatə edən tarixi abidələr mövcuddur və son illərdə bu etnoqrafik kənd Macarıstanın əsas turist istiqamətlərindən biri kimi tanınmağa başlayıb.
Qala kəndinin də oxşar xüsusiyyətlərə malik olduğunu öyrənən Mikloşhaza bələdiyyəsi daha sıx əlaqələr qurmaq niyyətindədir.

Dörd gün ərzində azərbaycanlı qonaqlar Macarıstanla tanış olacaqlar.

İki etnoqrafik yaşayış məskəni arasında qardaşlaşma haqqında saziş imzalanması da nəzərdə tutulur.
XS
SM
MD
LG